İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı separatçı rejimdən YENİ HOQQA

1435 07.08.2023 15:57 Son xəbər A A

Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi ərazidə hələ də qalan oyuncaq və qondarma rejim yeni hoqqabaz tamaşalarına davam edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, separatçı rejim kiçik məktəblilərdən əllərindəki çantalarını təslim etmələrini istəyib. Guya “blokada” ucbatından məktəb çantaları çatışmırmış.

Bunun üçün qondarma qurumun “təhsil nazirliyi” yerli əhaliyə müraciət də edib. Xankəndidə bütün məktəblərdə bel çantası toplama məntəqələrinin yaradıldığı elan olunub.

Tipik erməni əzikliyi ilə həyata keçirilən bu “aksiyanın” qətiyyən məktəbli ləvazimatının çatışmazlığından və ya azyaşlı uşaqlara qayğıdan irəli gəlmədiyi gün kimi aydındır. Separatçı rejim artıq azyaşlı məktəbliləri irəli verib, manipulyasiya siyasətini yürütməyə davam edir.

Musavat.om

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR