İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda qaz kəməri təmirinə başlanıldı-ermənilər sülhməramlılara təşəkkür etdi

1248 16.03.2022 17:34 Region A A

Ermənistan mətbuatı Şuşa yaxınlığından (Zarıslı kəndi-redş.) keçən qaz kəmərinin təmirinə başlanıldığı barədə xəbər yayıb.

Bildirilir ki, Ermənistandan Qarabağa gedən qaz kəməri Azərbaycan tərəfindən təmir olunur. Hələlik Azərbaycan tərəf bununla bağlı hər hansı açıqlama verməyib.

Qeyd edək ki, Ermənistandan Qarabağa çəkilən qaz kəməri martın 8-də qəza baş verməsi səbəbindən ermənilər qazsız qalmışdı. Ondan sonra Xankəndidə elektrik enerjisi ilə bağlı da problemlər yarandı.

Azərbaycanın növbəti dəfə humanist mövqe sərgilməsinin qarşılığında ermənilərin qaz kəmərinin təmirinə başlanılmasına görə Rusiya sülhməramlılarına təşəkkür etməsi isə bu toplumun gerçək sifətini göstərir.

Hərbi ekspert Ədalət Verdiyev isə bildirir ki, erməni mətbuatının Azərbaycan tərəfinin Xankəndinə gedən qaz xəttinin 9 gündən sonra, yəni bu gün təmirinə başlaması barədə yazdığı məlumat həqiqəti əks etdirmir: “Bu məlumat daha çox erməni əhalini ümidləndirmək məqsədi daşıyır. Hazırda borunun partladığı ərazi qalın qarla örtülüb, təmir üçün boruya yaxınlaşmaq və ora texnika yeritmək də yaxın günlərin işi deyil. Beləliklə erməni mətbuatı növbəti dəfə ictimaiyyəti aldatmaqda davam edərək ənənəsinə sadiq qaldığını nümayiş etdirir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR