İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ terrorçularının keçmiş komandirinin məhkəməsi başladı

528 25.04.2023 17:10 Son xəbər A A

Aprelin 25-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində hakim Vardces Sarkisyanın sədrliyi ilə Qarabağdakı qondarma ordunun keçmiş komandiri Mikayel Arzumanyanın işi üzrə ilk məhkəmə iclası başlayıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, proses bağlı qapılar arxasında davam etdirilir.

Xatırladılır ki, Mikayel Arzumanyan “Şuşa şəhəri və ətraf rayonların müdafiəsinin təşkilində məmur səhlənkarlığı” ittihamı ilə həbs edilib. İstintaq Komitəsinin məlumatına görə, 2020-ci il oktyabrın 30-dan noyabrın 9-dək Şuşa şəhərinin və ətraf rayonların müdafiəsi təşkil edilərkən general-leytenant vəzifə səlahiyyətlərinə səhlənkar münasibət göstərərək, vəzifəsini lazımınca yerinə yetirməyib, bu isə ağır nəticələrə səbəb olub. Arzumanyan 44 günlük müharibənin son mərhələsində, 2020-ci ildə Cəlal Arutyunyanın yerinə oyuncaq “müdafiə ordusu”nun - əslində isə Qarabağdakı terrorçuların komandiri təyin edilib. O, 2021-ci ilin sentyabrında tutduğu vəzifədən azad edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR