İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ separatçılarının təmsilçisi Azərbaycan rəsmiləri ilə görüşdən DANIŞDI

2573 25.02.2023 23:30 Gündəm A A

“Fevralın 24-də Artsax Respublikasında yerləşən Rusiya sülhməramlı kontingentinin komandanlığı Artsax və Azərbaycanın rəsmi nümayəndələrinin görüşünü təşkil edib”.

Musavat.com bildirir ki, erməni mediası belə bir məlumat yayıb.

Qarabağdakı qondarma rejim təmsilçiləri ilə Azərbaycanın rəsmi nümayəndələrinin nəyi müzakirə etdiyinə gəldikdə, baş separatçı Arayik Arutyunyanın “mətbuat katibi” Lusine Avanesyan görüşü təsdiq etməklə yanaşı, deyib ki, təbii qaz və elektrik enerjisinin sabit və fasiləsiz təchizatı ilə bağlı məsələlər müzakirə edilib.

545b49e3-b8d7-4e86-b219-aaabfbd819a1.jpg (65 KB)

“Görüş zamanı Ermənistan-Artsax qaz kəmərinin fasiləsiz istismarının təmin edilməsi, yeganə yüksək gərginlikli 110 kV-luq Şinuhayr-Stepanakert hava xəttinin təmiri və enerji təchizatının bərpası barədə razılıq əldə olunub.

Biz Azərbaycan tərəfdən müvafiq addımlar gözləyirik ki, bu da mütəxəssislərimizə elektrik enerjisi kəsildiyi yerə çatmağa, dəymiş ziyanı qiymətləndirməyə və təmir işlərinə başlamağa imkan verəcək”-Avanesyan daha sonra deyib.

Separatçıların təmsilçisi daha sonra “Yolun bağlanmasına gəlincə, əldə etdiyimiz məlumata görə, Rusiya tərəfi bu istiqamətdə səylərini davam etdirir və ümid edirik ki, tezliklə bununla bağlı müsbət dəyişikliklər olacaq”, deyə bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR