İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ məsələsini həll edən kimi Azərbaycanı NATO-ya...” - SENSASİYA

2012 12.09.2023 17:11 Son xəbər A A

“Hazırkı Ermənistan rəhbərliyi Moskvanın Cənubi Qafqaz regionunda mövqelərinin zəifləyəcəyi gözləntilərilə Rusiya ilə hərbi-siyasi əlaqələri və hərbi-texniki əməkdaşlığı azaltmağa çalışır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Fyodor Voytolovski İrəvanda söyləyib.

Onun iddiasına görə, bütün hesablamalar İrəvanla Bakı arasında ərazi problemlərinin həllinə, Azərbaycanın NATO-ya inteqrasiyasına, uzunmüddətli perspektivdə isə Ermənistanın Alyansa daxil edilməsinə yönəlib.

Lakin Voytolovski Ermənistanın NATO-ya üzv olması perspektivinə şübhə ilə yanaşıb. Onun fikrincə, Ermənistanın Rusiyadan qurtula bilməsinə inananlar azdır.

“Qərbdə belə bir anlayış var ki, Ermənistanın Alyansa daxil olması Gürcüstandan və ilk növbədə Azərbaycandan daha az sərf edir. Potensial NATO üzvü kimi Azərbaycan ABŞ və NATO-nun Avropa üzvləri üçün daha vacib sayılır. Türkiyənin Azərbaycanla münasibətlərdə əlində bir çox kart-blanş var. Bu da Azərbaycanın Avro-Atlantik inteqrasiyasına doğru hərəkət mexanizmini təşkil edir”, - deyə Voytolovski qeyd edib.

Rusiyalı ekspert Qarabağ, həmçinin həll olunmamış ərazi mübahisələri ilə bağlı vəziyyəti Azərbaycanın Alyansa gedən yolunda böyük maneə adlandırıb.

“Türkiyə və Azərbaycanın Azərbaycanın Avroatlantik inteqrasiyasını təmin etməsi üçün Bakının İrəvanla ərazi problemlərini və mübahisəli məsələləri həll etməsi lazımdır. Əgər bu ərazi mübahisələri Azərbaycanın xeyrinə həll olunarsa, bu ölkənin NATO-ya daha dərindən inteqrasiyası üçün imkanlar açılacaq”, - deyə politoloq vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR