İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın rəqibi ispaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək

737 31.08.2022 11:30 İdman A A

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u növbəti futbolçu transferini gerçəkləşdirib.

"Report" "İefimerida" nəşrinə istinadən xəbər verir ki, Pirey təmsilçisi Danimarkanın "Kopenhagen" klubundan Pep Bieli heyətinə qatıb.

"Olimpiakos" 26 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 6 milyon avro ödəyəcək. İspaniyalı oyunçunun müqaviləsinin müddəti 2026-cı ilədək nəzərdə tutulacaq. İllik 1 milyon avro qazanacaq futbolçunun keçidi Yunanıstan çempionuna ümumilikdə 10 milyon avroya başa gələcək.

Qeyd edək ki, Pep Biel cari mövsüm Danimarka çempionatında və UEFA Çempionlar Liqasının təsnifat mərhələsində 9 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR