İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın oyununda azarkeşlərin iştirakı ilə sükut olub - VİDEO

1894 15.09.2022 20:48 İdman A A

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandalarının arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda azarkeşlərin iştirakı ilə sükut olub.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda fanatlar qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini yad ediblər.

"İmarət" azarkeş qrupunun üzvləri "Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. İgid əsgər, möhkəm dayan" pankartı açıblar.

"Köhlən atlar" daha əvvəl bu təşəbbüslə UEFA-ya müraciət etsə də, rədd cavabı alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR