İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ FK-30 mövsüm səfərdə" sənədli filminin təqdimat mərasimi olub - FOTO, VİDEO

454 01.03.2024 23:16 Ölkə A A

Heydər Əliyev Mərkəzində "Qarabağ FK-30 mövsüm səfərdə" sənədli filminin təqdimat mərasimi olub.

Musavat.com xəbər verir ki, "Qarabağ" futbol klubundan bəhs edən filmin təqdimatında Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, Qarabağ futbol klubunun rəhbərliyi, oyunçuları, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Film “Salnaməfilm” studiyası, Bakı Media Mərkəzi və İctimai Televiziyanın birgə istehsalıdır, Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilib.

Filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, prodüserləri Orman Əliyev,Nazim Hüseynov, Balakişi Qasımov, quruluşçu rejissoru Fuad Quliyev, ssenari müəllifləri İsmayıl Səfərəli, Roman Orkodaşvili, Ramil Ələkbərov, Fuad Quliyev, quruluşçu operatoru Mateuş Çuxnovski, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rəşad Haşımovdur.

Filmdə klubun qurulması, uzun illər ərzində klubu saxlamağın çətinlikləri veteran futbolçuların dilindən nəql edilir. Hazırkı oyunçular və komanda rəhbərliyi isə Avropaya qədər uzanan uğur hekayəsindən bəhs edirlər.
Qeyd edək ki, film 3 seriyadan ibarətdir.

 

Nigar HƏSƏNLİ,
Fotolar və videolar müəllifə məxsusdur
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR