İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" bu ərazini klub prezidentindən satın almaq istədi, məlum oldu ki... - İLGİNC OLAY

2611 10.01.2024 15:25 İdman A A

«Qarabağ» rəhbərliyi akademiya tikmək üçün yer axtarışlarını sürətləndirib.

Sportinfo.az bu barədə Ağdam klubundan yeni məlumat əldə edib.

Redaksiyamıza verilən informasiyaya görə, hazırda Bakıətrafı kənd və qəsəbələrdə araşdırma aparılır. Yaxınlarda «köhlən atlılar»a 3 ərazi təklif olunub. Həmin məkanlardan biri Suraxani rayonunda yerləşir.

Fəaliyyətini dayandırmış klublardan birinin prezidentinin sərəncamında olan əraziyə baxış keçrilib.

Mütəxəssislər bir neçə hektarlıq torpaq sahəsinin coğrafi mövqeyi bəyənib, burada böyük baza salmağın mümkün olması barədə rəy verib.

Lakin son anda ortalığa çıxan problem tərəflərin anlaşmaya getməsini əngəlləyib.

Ərazinin kimə məxsus olmasını «cps» vasitəsilə dəqiqləşdirmək lazım gəlib və «Qarabağ» başbilənlərinə məlum olub ki, sənədlər natamamdır və yer mübahisəlidir.

Klub prezidenti buranın ona məxsus olduğunu söyləsə də, sahənin müxtəlif şəxslərin adına rəsmiləşdirilməsi müəyyənləşib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR