İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanunsuz erməni silahlıların hücumu gözlənilir - Təcili

1181 17.09.2023 15:25 Son xəbər A A

Son saatlar ərzində qanunsuz silahlı dəstələr Ağdam istiqamətində atəşkəsi pozmaqla bərabər, kifayət qədər geniş miqyasda toplamaqdadır. Ağdərə istiqamətində qanunsuz silahlıların ciddi yerdəyişmələri müşahidə olunur.

Bu sözləri Axar.az-a erməni separatçıların artan təxribatları haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert yaxın saatlarda yeni təxribatların gözlənildiyi haqqında xəbərdarlıq edib:

"Qarabağda rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsində yaşayan erməni separatçıların "hərbçiləri" geri çağırması və silah tuta bilənlərin qeyri-qanuni dəstələrə cəlbi, o cümlədən Ağdərədə hərbi texnikanın cəmləşməsi ilə silahlıların aktivliyi müşahidə olunur. Qarabağdakı separatçıların fəaliyyəti onların yaxın saatlarda təxribat törətmək üçün hazırlıqlarını demək olar ki, tamamladıqlarını göstərir. Böyük ehtimalla rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsindəki separatçıların qeyri-qanuni silahlı dəstələri yaxın saatlarda Ağdərə istiqamətindən Ordumuzun Ağdamdakı mövqeləri istiqamətində təxribat törədəcəklər. Ayıq-sayıq olmalıyıq və diqqətimizi xüsusilə Ağdərə istiqamətinə yönəltməliyik".

Qeyd edək ki, Azərbaycan MN qanunsuz erməni silahlıların gecə 22:55-dən 23:45-ə qədər Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərdikləri barədə məlumat yayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR