İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaluzindən Ermənistan açıqlaması: "Yersiz və zərərlidir"

708 30.12.2023 17:06 Region A A

Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu müzakirə etmək yersiz və zərərlidir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin danışıb.

Rusiyanın Ermənistandakı hərbi bazası mövzusuna toxunan Qaluzin “bu bazanın yerləşdirilməsi haqqında sazişin 1995-ci il martın 16-da hər iki dövlətin milli maraqlarına əsaslanaraq bağlandığını” xatırladıb. “Həmin sənədin 26-cı maddəsinə əsasən, Rusiya hərbi qulluqçularınınqalma müddəti 49 ildir, bundan sonra müqavilə avtomatik olaraq beş illik müddətə uzadılır”, - diplomat qeyd edib.

Qaluzinin sözlərinə görə, “Rusiya əsgər və zabitləri təkcə Ermənistanda deyil, bütün Cənubi Qafqazda sülh və təhlükəsizliyi effektiv şəkildə təmin etməkdə davam edir”. “Biz respublikada hərbi mövcudluğumuzla bağlı hər hansı müzakirələri zərərli və yersiz hesab edirik”, - deyə o, yekunlaşdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR