İnsanlara hürriyət, millətlərə istiqlal!

QALMAQAL: Kılıçdaroğlunu öldürmək istəyənlər Türkiyəyə gəldi, nazir Amerikanı suçladı – CANLI

3068 12.05.2023 13:17 Siyasət A A

Türkiyədə “Altılı masa”nın prezidentliyə vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğluya sui-qəsd təşkil edən qrupun Gürcüstandan Türkiyəyə daxil olduğu iddia edilib.

Bu barədə türkiyəli jurnalist Mərdan Yanardağ Tvitterdə yazıb.


“Düşünürəm ki, Türkiyənin siyasi və ictimai həyatına dərindən təsir edəcək mühüm bir hadisə gec də olsa, ictimaiyyətlə paylaşılmalıdır. Çünki mən öz mənbəmə güvənirdim... Kamal Kılıçdaroğluya sui-qəsd edəcək bir qrup Gürcüstandan Türkiyəyə girib.

İddialara görə, onun bağışlanması qarşılığında bu işi təşkil edən şəxs qaçaq iş adamı Qalib Öztürkdür. “Metro Holdinq” və “Metro Turizm”in sahibi Qalib Öztürk uzun müddət Gürcüstanda yaşayıb”, - paylaşımda qeyd edilib.

Jurnalist bildirib ki, xüsusilə adlarla bağlı əmin deyil:

“Amma bu, çox vacibdir, ehtimalı az olan iddia olsa da, dövlətin bütün təhlükəsizlik orqanlarının bunu nəzərə almasını zəruri hesab edirəm”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyəcəksiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR