İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qalatasaray” rəsmisi Bakıya “Qarabağ”ın futbolçularına görə gəlib?

845 03.02.2024 21:30 İdman A A

Azərbaycan Premyer Liqasının hesabat turunda keçirilən “Səbail” - “Qarabağ” (1:2) matçını izləyənlər arasında Türkiyənin “Qalatasaray” klubunun futbol direktoru Cenk Ergün də olub. 

Türkiyəli futbol funksionerinin Azərbaycana Ağdam klubunun futbolçuları Toral Bayramov və Elvin Cəfərquliyevə baxmağa görə gəldiyi ilə bağlı xəbərlər yayılıb.

Musavat.com-un “Qafqazinfo”ya istinadən məlumatına görə, C.Ergünün gəliş səbəbi futbolçularla bağlı deyil. Belə ki, o, paytaxtımıza şəxsi işləri üçün gəlib.

Sadəcə, onun gəliş vaxtı sözügedən matça təsadüf etdiyindən, qarşılaşmanı da izləmək qərarına gəlib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR