İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qalatasaray”ın sabiq ulduzu ürəktutmadan ÖLDÜ - FOTO

771 18.01.2024 12:25 İdman A A

2008-2009-cu il mövsümündə "Qalatasaray"da çıxış edən serbiyalı keçmiş basketbolçu Deyan Miloyeviç ürək tutmasından dünyasını dəyişib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 2021-ci ildən “Qolden Steyt Vorriors”da baş məşqçi köməkçisi işləyən 1977-ci il təvəllüdlü keçmiş basketbolçu Miloyeviç restoranda yemək yeyərkən halı pisləşib və xəstəxanaya yerləşdirilib.

İnfarkt keçirdiyi məlum olan Milojeviçi bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

“Qalatasaray"ın sosial media hesabından başsağlığı paylaşımı edib:

“2008-2009 mövsümündə "Qalatasaray"da çıxış edən və NBA komandası “Golden State Varriors”un köməkçi məşqçilərindən biri olan keçmiş oyunçumuz Dejan Miloyeviçin dünyasını dəyişdiyini kədərlə öyrəndik. Ailəsinə və bütün basketbol ictimaiyyətinə başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR