İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray"dan yeni "transfer bombası" - FOTO

3261 24.01.2024 21:19 İdman A A

"Qalatasaray" klubu ötən il olduğu kimi bu il də ulduz futbolçunu heyətinə qatmaq istəyir.

Musavat.com baku.ws-ə istinadən bildirir ki, "CimBom" Səudiyyə Ərəbistanını tərk etməkdə qərarlı olan Kərim Benzemanı İstanbula gətirmək istəyir.

"Sarı-qırmızılar"ın vitse prezidenti Erden Timur fransız futbolçu ilə müqavilə imzalamaq üçün "Əl-İttihad"la ilk əlaqəni qurmağa hazırlaşır.

Benzemanı mövsümün sonuna qədər icarəyə götürmək istəyən "CimBom", futbolçu ilə uyğun şərtlər altında müqavilə bağlamaq istəyir.

Qeyd edək ki, "Real Madrid"dən sonra "Əl-İttihad"a transfer olunan Kərim Benzema klubda 12 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR