İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin yeni açıqlamaları-dəli olan kimdir?

4624 15.10.2022 03:03 Yazarlar A A

Bir daha təsdiqlənir ki, Rusiya lideri öz gerçəkləri ilə yaşayır və Ərdoğan haqlı olaraq bu vəziyyəti belə qiymətləndirib: “Mənim tanıdığım Putin nə düşünübsə, onu da edəcək...”

Ukrayna müharibəsinə bulaşmış Avropada verilən bəzi aqçıqlamaları gözdən keçirib müqayisə edəndə, nə qədər qəribə səslənsə də, adına ən yumşaq halda “dəli” yarlığı yapışdırılan yeganə realistin...Putin olduğu görünür. Əlbəttə, son mətbuat konfransında Ukraynada baş verənlərə görə peşman olub-olmadığı barədə suala cavabında “mənim hərəkətlərim düzgün və vaxtındadır” deməsini kimlərsə, “bir dəlilər, bir ölülər fikrini dəyişmir” kimi qiymətləndirə də bilər. Amma məsələn, Avropa Birliyinin ən üzdə olan məmuru Borellin son dedikləri ayıq başın məhsuludurmu? Borrell bildirib ki, Rusiyanın Ukraynaya qarşı nüvə hücumuna “nüvə olmayan, lakin güclü hərbi cavab” veriləcək. “Ukraynaya qarşı istənilən nüvə zərbəsi qeyri-nüvəsiz cavaba səbəb olacaq, lakin o qədər güclü hərbi cavab veriləcək ki, Rusiya ordusu məhv ediləcək”-Borell deyib. Avropa Birliyinin qoşunu olmamasını, Borellin öz səlahiyyətini aşdığını qoyaq bir kənara. NATO baş katibinin, ABŞ müdafiə nazirinin son 8 ayda dilinə belə gətirmədikləri sözləri bu adam hansı ağılla deyib? 

çərçivəni bu şəklin altından ver.jpg (366 KB)

Mətbuat konfransında Ukraynada baş verənlərə görə peşman olub-olmadığı barədə suala cavabında “hərəkətlərim düzgün və vaxtındadır” deməsini kimlərsə, “bir dəlilər, bir ölülər fikrini dəyişmir” kimi qiymətləndirə bilər, amma...

 

Ağ Ev bu həftə milli təhlükəsizlik strategiyasını təqdim etdi, amma bu sənəd də dünyada hədsiz gərginlik olan bir vaxtda soyuq başın məhsulu sayılmaz. “Rusiyanı cilovlamaq, Çini yerində oturtmaq” Yer kürəsində ağalıq etmək iddiasında olan bir dövlət üçün “müasir dünyanın çağırışı” hesab olunursa, o dünya elə dağılmağa məhkumdur. Strategiyada “atasına söyülən” Rusiyaya sonda “ABŞ qarşılıqlı maraq doğuran, məsələn, təhlükəsizlik və silahlara nəzarət sahəsində əməkdaşlıq” təklifi ümumiyyətlə, məzələnməkdir, qeyri-ciddilikdir. Məşədi İbad demişkən, “atama meymun deməyi bəs deyil, hələ mənə bir əl də uzadırsan...”

ffooi5.jpg (90 KB)

Avropa İttifaqının Ukraynaya yeni hərbi dəstəyi 3,1 milyard avroya çatdırmaq qərarında isə ən absurd məsələ bilirsizmi nədir? Bu vəsaiti Aİ büdcəsindən kənar maliyyələri idarə edən Avropa Sülh Fondu ödəyəcək. Avropa Sülh Fondunun bu cür hərbi təşəbbüslər üçün ödəniş etməsi isə adından da göründüyü kimi, birmənalı qadağandır! O qadağanı özləri yazıblar. Amma indi o Fond Avropa İttifaqı tarixində ilk dəfə olaraq sülhü yox, müharibəni maliyyələşdirəcək. Dəli olan kimdir?

b.jpeg (192 KB)

Putin öz gerçəkləri ilə yaşayır və Ərdoğan haqlı olaraq bu vəziyyəti belə qiymətləndirib: “Mənim tanıdığım Putin nə düşünübsə, onu da edəcək”.

Qazaxıstan səfərinin yekunları ilə bağlı rusiyalı jurnalistlər üçün mətbuat konfransında Putinə maraqlı suallar verildi. Ola bilsin, bu suallar əvvəldən Kremlin mətbuat şefi Peskovun “süzgəcindən keçirilmişdi”, amma elə olsa belə, cavablar kifayət qədər aydın mesajlarla doludur.

C63HBpdlk6m0ZXY9zsQgSHwDAiMdacJG.jpg (574 KB)

Ukrayna mövzusunda Putinin dediyimiz kimi, dəyişən mövqeyi yoxdur. Qismən səfərbərliklə bağlı Ukrayna ilə təmas xəttinin 1100 kilometr olduğunu, iki həftəyə mobilizasiya prosesinin yekunlaşacağını, yeni səfərbərliyə ehtiyac olmadığını dedi. Putin Zelenskini danışıqlarla bağlı qəbul etdiyi rəsmi qadağa qərarını yada saldı(yeri gəlmişkən, bu qərar da sağlam düşəncə məhsulu hesab oluna bilməz), sözlərindən belə anlaşılıdı ki, Ukraynanın birdəfəlik məhv olmasını qarşılarına məqsəd qoymayıblar, amma son seçim Kiyevindir. G-20 sammitində Baydenlə mümkün görüşü haqda suala çoxmənalı güldü, “ondan soruşmaq lazımdır ki, mənimlə görüşə hazırdırmı” dedi, əlavə etdi ki, ABŞ prezidenti ilə müzakirə üçün mövzu görmür.

6KCzQziH7DCRXlZw3fbjUnn93MpG6Sns.jpg (372 KB)

NATO-nun Ukraynada açıq konfliktə cəlb ediləcəyi haqda suala da “Rusiya ordusu ilə birbaşa qarşıdurma qlobal fəlakətə gətirib çıxara biləcək çox təhlükəli addımdır. Ümid edirəm ki, bu haqda danışanların belə təhlükəli addımlar atmamaq üçün kifayət qədər ağlı olacaq” dedi.

Ukraynanın kütləvi bombardıman edilməsinə gəlincə, bunu Krımla əlaqələndirdi. Krım məncə, Putinin ən keçilməz “qırmızı xətti”dir, əsəbləri orada köklənib. Tavrından anlaşıldı bu...

97 krım.jpg (84 KB)

Putin mətbuat konfransında MDB daxilindəki konfliktlərin həllinə həvəslənmiş Qərbin üstünə açıq getmədi, amma verilən cavablardan aydın oldu ki, Rusiya həm Ermənistanla Azərbaycanın, həm Tacikistanla Qırğızıstanın sərhəd münaqişəsinin həllində əsas rol almaqda iddialıdır. Bu həm də Ermənistanı Qərbə “ərə verməyə” girişmiş Makrona növbəti dəfə mesaj hesab oluna bilər. Gözlənilir ki, üçtərəfli sənədin imzalanmasının 2-ci ili ərəfəsi Moskvada Putin, Əliyev və Paşinyan görüşü olsun, bəzi mənbələr bunu məhz noyabrın ilk ongünlüyündə olacağının Astanada razılaşdırıldığını da deyirlər. Yeri gəlmişkən, Paşinyan Astanadakı iki gündə sanki ruh kimi idi, bir-iki epizodda efirdə göründü, oğurluq üstə tutulmuş kimi idi, tırsmışdı. Ermənistanın son aylar Qərb paytaxtlarında nə qələt qarışdıqlarını Putindən yaxşı kim bilə bilər ki...

Sərhəddə toqquşan Mərkəzi Asiyanın iki dövlət başçısının Putinin vasitəçiliyi ilə görüşündə əldə edilən razılaşmaların ən mühümü Moskvanın faktiki sərhədilərin müəyyənləşməsində vasitəçi rolu alması oldu. Putin mətbuat konfransında bu barədə danışdı, minnət də qoydu ki, “biz bu vasitəçiliyə iddialı deyildik” və sairə. Amma aydındır ki, indi Putin Rusiyasının barışdırıcı missiyada rol almasına əşhəddü ehtiyacı var...

Rusiyanın işğalçı niyyətlərinə qarşı çıxmaq lazımdır, ona müqavimət göstrərmək, sanksiyalarla cəzalandırmaq, zəiflətmək də olar. Amma onu xəritədən silmək, onu görməzdən gəlmək ağılsız siyasətdir...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR