İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Türkiyəyə səfəri gözlənilir - BU TARİXDƏ

1458 12.03.2024 22:20 Dünya A A

Vladimir Putinin Rusiyada prezident seçkilərindən sonra Türkiyəyə səfəri gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində xarici səfirlər qarşısında çıxışında deyib.

“Biz Qara dənizdə hər iki qonşumuzla (Rusiya və Ukrayna nəzərdə tutulur - red.) dialoqumuzu davam etdiririk. Seçkilərdən sonra Rusiya prezidenti Vladimir Putini qəbul edəcəyik”, - Ərdoğan bildirib.

Qeyd edək ki, fevralın sonunda Putin Ərdoğanla telefon danışığı aparıb və bu zaman o, Türkiyəyə səfərini çox gecikdirməyəcəyini açıqlayıb.

Səfər zamanı İstanbul prosesi üzrə danışıqların davam etdiriləcəyi, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaların əldə olunacağı proqnozlaşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR