İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin ölümü və Kremlə zərbə: ŞOK ssenarilər üzə çıxdı

2637 12.04.2023 16:16 Son xəbər A A

Bu yaxınlarda ABŞ Müdafiə Nazirliyinin internetə sızdırılmış məxfi sənədində Ukrayna müharibəsi zamanı hadisələrin inkişafı ilə bağlı 4 mümkün olmayan ssenari üzə çıxıb.

Musavat.com xəbər verir ki, belə bir məlumat “The New York Times” tərəfindən yayılıb.

Sənəddə müharibənin uzanma ehtimalından bəhs edilir. Bir ssenariyə görə, Ukrayna Kremlə zərbə endirəcək. Belə olan halda Vladimir Putinin tammiqyaslı səfərbərliyə başlayacağı və taktiki nüvə silahından istifadəni nəzərdən keçirəcəyi proqnozlaşdırılır. Başqa bir variant Rusiya hakimiyyətinin rəsmi Kiyevlə danışıqlara başlamasıdır. Sənəddə Moskvaya mümkün zərbənin xüsusi olaraq prezident Co Bayden administrasiyasını narahat etdiyi, ona görə də ABŞ-ın Kiyevə uzaqmənzilli raketlər ötürmək istədiyi vurğulanır.

Digər üç ssenariyə Vladimir Putin və ya Vladimir Zelenskinin ölümü, həmçinin Rusiya silahlı qüvvələrinin rəhbərliyinin istefası daxildir.

Sənəd 24 fevral tarixlidir, üzərində “bir il” qrifi var. Bu, yaranan vəziyyətlə bağlı təhlilin Rusiya işğalının başlamasından bir il sonra aparıldığını göstərir. ABŞ rəsmiləri sənədin həqiqiliyini nə təsdiq, nə də təkzib ediblər. Lakin rəsmi orqanlar sızan sənədlərin bir çox hallarda mövcud vəziyyəti əks etdirmədiyini vurğulayırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR