İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin hərəkəti çinliləri məmnun edib

728 15.12.2023 18:30 Son xəbər A A

“Rusiya prezidenti Vladimir Putin canlı bağlantıyla keçirdiyi mətbuat konfransında Amerika jurnalistindən əvvəl çinli jurnalistə sual vermək imkanı yaratması ABŞ mediasına “şapalaq” oldu”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Çinin “Quancha” nəşrinin oxucuları Rusiya dövlətinin başçısının hərəkətini fəal şəkildə şərh edib və buna heyran qaldıqlarını bildiriblər.

Oxuculardan biri yazıb: “Bu, Amerika mediasının üzünə qəsdən vurulan sillədir, Putin Amerika nəşrlərinin təkəbbürünə və qərəzinə nifrət edir”.

Başqa bir oxucu sözügedən hərəkəti “Çin-Rusiya dostluğunun göstəricisi” adlandııb.

Vladimir Putini “diplomatiya ustası”, “bariz üslubu və xarizması olan lider” adlandıranlar da olub.
Xatırladaq ki, “Vladimir Putinlə yekunlar” adlanan brifinq bir gün əvvəl, dekabrın 14-də baş tutub. Rusiya prezidenti dörd saatdan çox rusiyalıların və jurnalistlərin suallarını cavablandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR