İnsanlara hürriyət, millətlərə istiqlal!

"Putinin erası bitib artıq" - Eks nazirdən şok təhlil - VİDEO

2646 01.06.2022 23:30 Gündəm A A

“Putin deyilən konsepsiya artıq ölüb”.

Musavat.com xəbər verir ki, bu sözləri bu gün TV Müsavatın “Canlı debat” verilişində eks nazir Tofiq Zülfqarov bildirib. Onun sözlərinə görə, imperiya ideologiyası müharibə nəticəsində məhv olunub: “Putinin erası bitib artıq. Hesab edirəm ki, Rusiya bu şəkildə Qərbə lazımdır. Biz də hansısa oyunların elementləri ola bilərdik. Bizə neçə dəfə deyirdilər ki, gəlin, İrana qarşı öz imkanlarınızdan istifadə edin. Biz isə deyirdik ki, lazım deyil. Biz qonşu dövlətlərlə balanslaşdırılmış siyasət aparırıq. Mən də deyirəm ki, Ukrayna da öz qonşuları ilə belə bir siyasət apara bilərdi”.

T.Zülfüqarov eyni zamanda bildirib ki, hazırda Ukrayna çətin vəziyyətdədir. Onun fikrincə, hərbi əməliyyatların bu fazası bitəndən sonra vəziyyət bu və ya digər şəkildə təsbit olunacaq, yeni təmas xətti formalaşacaq: “Atəşkəs olmasa belə, bu baş verəcək. O atəşkəs rejimi qeyri-rəsmi olacaq və bunun elementləri görünür”.

T.Zülfüqarovun bu fikirlərinin özətini və izahını aşağıdakı video vasitəsilə izləyə bilərsiz.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR