İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putinin aşpazı” Medvedevi aşağıladı

1744 05.05.2023 10:27 Siyasət A A

Mayın 3-də Rusiyanın paytaxtı Moskvaya (Kreml Sarayına) dron zərbəsi "Vaqner" qrupunun lideri Yevgeni Priqojini qəzəbləndirib.

Musavat.com xəbər verir ki, "Putinin aşpazı" ləqəbli "Vaqner" lideri baş verənlərə cavab olaraq Ukraynada nüvə silahından istifadə ideyasını haqlı saymadığını bildirib.

Əksinə, Priqojin Kreml yaxınlığında PUA-lar peyda olarkən "yatanlar"ın cəzalandırılmasını istəyib. O, hesab edir ki, Rusiya öz pilotsuz təyyarələrinin istehsalını artırmalı və bunlardan Ukraynaya zərbələr endirmək üçün istifadə etməlidir.

"Əlbəttə, pilotsuz uçan aparatın tətbiqinə cavab olaraq nüvə silahının istifadəsindən söhbət gedə bilməz. İlk növbədə, pilotsuz təyyarələrlə mübarizəyə cavabdeh olanları nəzərə almaq lazımdır", - deyən Priqojin bununla bağlı öz təklifini verib.

"Prinsipcə, bu, necə baş verə bilər? Bundan sonra PUA texnologiyalarının inkişafı sahəsində lider dövlət olmaq üçün hər cür səy göstərməliyik, eyni dronlarla cavab verməliyik", - deyə "Vaqner" lideri əlavə edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR