İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin alman dostu Şröder – Sabiq kansler münaqişəni dostluqla həll etməyin tərəfdarıdır

582 28.03.2024 14:04 Dünya A A

“Rusiya prezidenti Vladimir Putinlə dostluq münasibətləri Ukrayna münaqişəsinin həllinə kömək edə bilər”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Gerhard Şröder deyib.

“Biz bu illər ərzində ağıllı əməkdaşlıq etmişik. Bəlkə də bu, hələ də danışıqlar yolu ilə münaqişənin həllini tapmağa kömək edə bilər, başqa yol görmürəm”, - deyə “Frankfurter Allgemeine Zeitung” sabiq kanslerin sözlərini sitat gətirib.

Şröderin fikrincə, siyasətdə çətin vəziyyətlərdən çıxmaq üçün şəxsi münasibətlər faydalı ola bilər.

Keçmiş kansler vaxtilə onunla Putin arasında siyasi müstəvidə müsbət olan hər şeyi unutmağı tamamilə yanlış hesab edir.

 Bundan əlavə, Şröder Ukrayna münaqişəsində hökumət səviyyəsində vasitəçiliyə yeni cəhd göstərməyə çağırıb.

Onun fikrincə, Fransa və Almaniya təşəbbüs göstərməlidir. O deyib ki, silahlı qarşıdurma bu və ya digər tərəfin tam məğlubiyyəti ilə başa çata bilməz.

Onu da qeyd edək ki, Gerhard Şröder Almaniyanın federal kansleri olduğu illərdə (1998-2005) Rusiya ilə, xüsusi olaraq Vladimir Putinlə yaxın dostluq əlaqəsi saxlayıb. O, baş nazir postundan getdikdən sonra “Rosneft”in direktorlar şurasının sədri (2017-2022) vəzifəsini tutub. Rusiya Elmlər Akademiyasının üzvü (2008) seçilib, Sankt-Peterburq Universitetinin fəxri elmlər doktoru adına sahib olub.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR