İnsanlara hürriyət, millətlərə istiqlal!

Putini mətbuat konfransında belə RƏZİL ETDİLƏR – Kamran Həsənli detalları təhlil edir

1650 14.12.2023 16:02 Son xəbər A A

Vladimir Putinin bu gün keçirdiyi böyük mətbuat konfransında Kreml sahibi üçün xoşagəlməz durum yaranıb. Adətən Putinə verilən suallar əvvəlcədən senzuradan keçirilir və seçilərək, əvvəlcədən razılaşdırılmış formada ona təqdim olunur.

Bu dəfə Putin suallara cavab verərkən, ekranda ayrı-ayrı vətəndaşlardan daxil olan kəskin ironiyalı suallar peyda olub. Vladimir Putin Rusiyadakı guya “gözəl” vəziyyətlə bağlı danışarkən, studiyadakı monitorda “xoşagəlməz suallar” görünüb:

“Cənab Prezident, real Rusiya nə vaxt televiziyadakından fərqlənməyəcək?”;

“İnflyasiya nə vaxta qədər saxtalaşdırılacaq?”

“Çinə qaz verdik, Avropaya qaz verdik, bəs Xakasiyada nə vaxt qaz olacaq?”;

“Niyə Dağıstanda bir qutu yumurta 550 rubla başa gəlir?”;

"Salam, Birinci Kanalda göstərilən Rusiyaya necə köçmək olar?"

Sonradan bu “problem” aradan qaldırılıb və belə suallar ekranda görünməyib.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Kamran Həsənli Kamranla 1 adlı verilişdə müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR