İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən “tanqo rəqsi” AÇIQLAMASI 

1584 15.09.2023 15:11 Son xəbər A A

“Vaşinqton birlikdə “tanqo rəqsi” etməyi bilmir və bütün məsələləri güc mövqeyindən həll etməyə çalışır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin söyləyib.

Rusiya lideri bununla ABŞ dövlət katibi Entoni Blinkenin “Rusiya və Ukrayna öz tanqolarını oynayır” sözlərinə cavab vermiş olub.

“Amerikalılara gəlincə, heç özləri tanqonu necə ifa edəcəklərini bilmirlər. Əlbəttə, bu, gözəl, heyrətamiz musiqi və gözəl hərəkətlərdir, lakin ABŞ hər şeyi güc mövqeyindən həll etməyə çalışır. Bu, ya iqtisadi sanksiyaların, maliyyə məhdudiyyətlərinin köməyi ilə, ya da hərbi güc tətbiq etmək hədəsi və ya zor tətbiq etməklə həyata keçirilir. Onlar kiməsə nələrisə öyrətməyə çalışırlar, lakin özləri bunu necə edəcəklərini bilmirlər və istəmirlər, çox güman ki, sadəcə istəmirlər”, - deyə V.Putin vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR