İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən ŞOK: "Seçimimiz yox idi, məcbur qaldıq..."

2615 04.11.2023 10:40 Dünya A A

Rusiya hərbi əməliyyatlara məcbur qaldı.

Musavat.com xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Rusiya Müsəlmanları Ruhani Məclisinin üzvləri ilə görüşü zamanı deyib.

O bildirib ki, Moskvanın başqa variantı qalmayıb:

“Silahı üzə çıxarmazdan əvvəl bunu düşünmək lazımdır. Başqa variantlar var idi? Xeyr, olmadı. Başqa seçimimiz yox idi. Çünki biz artıq hücuma məruz qalmışıq”.

Putin Krımın ilhaqı ilə bağlı ukraynalı siyasətçiləri tənqid edib:

“2014-cü il çevrilişindən (Ukraynada xalq üsyanı) sonra onlar ekstremizmlə məşğul olmağa və Rusiyaya aid olan hər şeyi məhv etməyə başladılar. Bizə orada yaşayan insanların müdafiəsinə qalxmaqdan başqa heç nə edə bilməmək kimi bir seçim verdilər. Eyni şey daha sonra Donbass və Novorossiyada da baş verdi. Biz insanları bu nasist pisliyindən qorumalı idik".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR