İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən Ermənistanı DARMADAĞIN edəcək AÇIQLAMALAR: “Bunu Paşinyan özü etdi” – detallar CANLIda

1593 12.09.2023 13:05 Son xəbər A A

Vladimir Putin: "Biz, Ermənistana Azərbaycanla danışıqlar aparmağı təklif etdik ki, iki rayon Kəlbəcər və Laçın faktiki olaraq Ermənistanın və bütün Qarabağın yurisdiksiyasında qalsın.

Lakin Ermənistan rəhbərliyi bununla razılaşmadı. Baxmayaraq ki, biz onilliklər ərzində Ermənistan rəhbərliyini razı salmağa çalışırdıq. Nə edəcəksən deyə soruşduqda: “Döyüşəcəyik” deyə cavab verdilər."

Putin Kəlbəcər və Laçını Ermənistana təklif edibmiş. Biz Qarabağ, Kəlbəcər və Laçın rayonlarının Ermənistanın yurisdiksiyasında qalması ilə bağlı nizamlanma variantını təklif etdik.

Musavat.com xarici agentlikklərə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında deyib.

“Ermənistanın U dönüşü” ilə bağlı sualı cavablandıran Rusiya dövlət başçısı bunları qeyd edib:

“Heç bir dönüş olduğunu düşünmürəm. Biz nə baş verdiyini görür və başa düşürük. Bu haqda deyiləcək çox şey var. Biz öz məskunlaşma variantlarımızı təklif etmişik, bu hamıya məlumdur. Ermənistan məlum münaqişədən sonra Azərbaycanın 7 rayonuna da nəzarət edirdi.. Biz Azərbaycanla elə razılığa gəlməyi təklif etdik ki, iki rayon – Kəlbəcər və Laçın faktiki olaraq Ermənistanın və Qarabağın (qondarama qurumun-red.) yurisdiksiyasında qalsın. Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı, lakin, biz 10-15 il Ermənistan rəhbərliyini razı salmağa çalışdıq. Müxtəlif variantlar, ortaya çıxdı, amma nəticədə. nə edəcəksiniz” sualımıza, bu cavabı verdilər - döyüşəcəyik. Nəhayət, hər şey indi yaranmış vəziyyətə gəldi. Amma söhbət təkcə son münaqişənin nəticələrindən getmir. Məsələ ondadır ki, Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.05-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Telman Qasımovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR