İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Zelenskinin məktubuna cavab verdi: “Əsas məsələ yaş deyil...”

682 05.06.2026 20:09 Siyasət A A

Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenskinin məktubunda onun yaşına toxunmasına münasibət bildirib.

Musavat.com xəbər verir ki, Putin bu barədə çıxışında danışıb.

“Əsas məsələ yaş deyil. Əsas məsələ fəaliyyət qabiliyyəti və iş qabiliyyətidir. Məndən daha yaşlı olan bəzi həmkarlarım var və onlar kifayət qədər enerji nümayiş etdirirlər.

Onlar yaxşı işləyirlər, yoxsa pis – bu, başqa məsələdir, siyasi xarakterli qiymətləndirmədir. Amma ümumilikdə fəal şəkildə işləyirlər”, - deyə Putin bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR