İnsanlara hürriyət, millətlərə istiqlal!

“PUTİN XƏSTƏDİR, TEZLİKLƏ ÖLƏCƏK” – Ukrayna hərbi kəşfiyyatının başçısı – Kamran Həsənli təhlil edir  

809 05.01.2023 16:13 Gündəm A A

Ukrayna hərbi kəşfiyyatında əmindirlər ki, rusiyalı diktator Vladimir Putin xərçəng xəstəsidir.

Kəşfiyyat rəisi Kirill Budanov ACB Nyus kanalına müsahibəsində Kreml diktatorunun tezliklə, həm də müharibə qurtarana qədər öləcəyinə əmin olduğunu bildirib («UNİAN»). «Əlbəttə, o, uzun müddətdir ki, xəstədir» - Budanov jurnalisitin «o, xəstədirmi» sualına cavabında bəyan edib.
Putinin xəstəliyi barədə danışarkən, kəşfiyyatçı deyib ki, o, xərçəngdir: «Biz, sadəcə bunu bilirik - adamlardan, mənbələrdən, diktatorun yaxın ətrafından».

Jurnalistin «o, nə vaxt öləcək» dəqiqləşdirici sualına isə o cavab verib: «Mən düşünürəm ki, çox tezliklə. Mən, ümid edirəm».

Bu və gündəmdəki bir çox xəbərlər bu gün saat 16.00-da aparıcı Kamran Həsənli ilə “Kamranla 1” verilişində müzakirə ediləcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat



 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR