İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Xerson və Luqanska gedib - VİDEO

925 18.04.2023 10:58 Siyasət A A

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ilhaq etdiyi Ukraynanın Luqansk vilayətində “Vostok” Milli Qvardiyasının qərargahında olub.

Musavat.com bu barədə TASS-a istinadən xəbər verir

Kermlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, V.Putin bu bölgədə Rusiya hərbi komandanlığının məruzəsini dinləyib.

Bundan başqa, V.Putin hərbçilərlə müşavirə keçirib, “Dnepr” qoşun qruplaşmasının komandanı general-polkovnik Oleq Makareviçin, Hava-Desant Qoşunlarının komandanı general-polkovnik Mixail Teplinskiyin və başqa hərbi rəislərin məruzələrini dinləyib.

Qeyd edək ki bu, V.Putinin Ukraynanın Xerson vilayətində keçirdiyi ilk müşavirədir.

Xatırladaq ki o, martın 19-da Rusiyanın ilhaq etdiyi Ukraynanın Mariupol şəhərində olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR