İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin və Ərdoğanla bağlı SON DƏQİQƏ məlumatı 

2497 23.04.2023 20:53 Son xəbər A A

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan Akkuyu atom elektrik stansiyasına (AES) yanacağın çatdırılması mərasimində videokonfrans vasitəsilə iştirak edəcəklər.

"Report" xəbər verir ki, "Akkuyu" Atom Elektrik Stansiyasına (AES) nüvə yanacağının çatdırılması mərasimi gələn həftə baş tutacaq.

Yanacağın çatdırılmasından sonra bu obyekt nüvə obyekti statusunu alacaq.

Qeyd edək ki, AES İstanbulun 90 faizini enerji ilə təmin edə biləcək gücdədir. O, 60 il fəaliyyət göstərəcək. Bundan başqa, Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu Atom Elektrik Stansiyası"nda (NGS) ilk nüvə reaktorunun bu il istifadəyə verilməsi ilə nüvə enerjisinin quraşdırılmış gücünün 2035-ci ilə qədər 7,2 gigavata çatacağı gözlənilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR