İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin qəzəbləndi - Qisas əmri verildi: “Rüsvayçılıqdır...”

3560 29.12.2023 13:48 Dünya A A

Ukrayna Hərbi Hava Qüvvələrinin dekabrın 26-da verdiyi açıqlamada Rusiya Qara Dəniz Donanmasının "Novoçerkassk" desant gəmisinin Feodosiya şəhəri sahillərində həyata keçirilən hava hücumunda qanadlı raketlərlə vurulduğu bildirilib. Rusiyanın Krım valisi Sergey Aksyonov Ukraynanın həyata keçirdiyi hava hücumunda 1 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını açıqlayıb.

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi də böyük desant gəmisi “Novoçerkassk”ın idarə olunan raketlər daşıyan Ukrayna təyyarəsi tərəfindən vurulduğunu və gəminin zədələndiyini təsdiqləyib.

Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Ukrayna təyyarələri tərəfindən vurulan Rusiyanın hərbi gəmisinin "yalnız zədələndiyini", "Novocherkassk"ın isə "tamamilə məhv edildiyini" iddia edib.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı gündəlik kəşfiyyat hesabatı dərc edən İngiltərə Müdafiə Nazirliyi Rusiya donanmasının ümumilikdə 3 desant gəmisinin üzə bilməyəcək qədər zədələndiyini, iki gəminin isə yüngül zərər gördüyünü iddia edir.

Britaniyanın “İndependent” qəzeti Rusiya prezidenti Putinin Rusiya donanması üçün “rüsvayçılıq” adlandırdığı hücumdan sonra çox qəzəbləndiyini yazıb.

Qəzet bu iddiaları Ukraynanın “The Atesh” qruplaşmasına istinadən yayıb. Bildirilir ki, Rusiya lideri Krıma revanş qrupları göndərib və basqın əmri verib. Həmçinin Krımın hava hücumundan müdafiə qüvvələrinin cəzalandırması gözlənir. “İndependent” yazır ki, bir çox komandirin işdən çıxarılaraq cəbhəyə göndəriləcəyi ehtimalı yüksəkdir.

Ukraynanın “The Atesh” qruplaşmasının Telegram kanalında paylaşılan məlumata görə, bölgədə reydlər keçirilir, evlərdə axtarış aparılır və smartfonlar yoxlanılır.

"Bloomberg" isə Ukraynanın Krıma hücumlarını artırdığı üçün prezident Vladimir Putinin mühüm dəniz bazasını itirmək riski ilə üzləşdiyini iddia edib. Analitiklər vurğulayıblar ki, Krım artıq Rusiya hərbi gəmiləri üçün güvənli bir yer deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR