İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin QƏRARINI verdi! Vardanyanı Qarabağa niyə qaytardı? Şok planın TƏFƏRRÜATI Qabil Hüseynli ilə... CANLI

1348 14.02.2023 15:57 Gündəm A A

Rusiya Prezidenti Vladimir Putin muzdlu döyüşçülərdən təşkil olunan “Vaqner” qruplaşmasını Ukraynadan çıxarır. Britaniyanın “The Mirror” nəşri bu məlumatı yayıb.

Məlumata görə, V. Putin Yevgeni Priqojin tərəfindən qurulan, məhkum edilmiş cinayətkarların “Vaqner”ə cəlb edilməsiylə get-gedə böyüyən 50 minlik gücdən qorxuya düşüb. Yevgeni Priqojin də bu yaxınlarda rütbəsi aşağı salınmış rus generalı Sergey Surovikin kimi, Putinə qarşı sui-qəsddə şübhəli bilinirdi.

Ukrayna hərbçiləri Baxmut üzərində “Vaqner” özəl hərbi şirkətinə məxsus Su-24 təyyarəsini vurub. Məhz bu təyyarə Yevgeni Priqojinin Ukrayna Prezidenti Vladimir Zelenskini hava duelinə çağırdığı təbliğat videosunun çəkilişi zamanı istifadə edilib. Məlumat Priqojinin mətbuat xidməti tərəfindən təsdiqlənib. “Bəli, həqiqətən də həmin təyyarə düşmənin hava hücumundan müdafiə sistemlərinin hücumuna məruz qalıb. Pilot möcüzə sayəsində yanan təyyarəni yerə endirə bilib. Hazırda təyyarə təmirdədir”, - məlumatda qeyd olunub.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı isə 31 974 nəfərə çatıb. Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar öz tviter səhifəsində dağıntılar altında qalan tələbələrdən biri Gündüz Nəzərzadənin evindən çıxan əşyaların fotosunu paylaşıb.

Fotodan G.Nəzərzadənin evindən Azərbaycan və Türkiyə bayraqları, eləcə də “Qurani-Kərim” kitabının tapıldığını görmək mümkündür.

Ermənistan isə sülh müqaviləsinin mətni üzərində işləyir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. O qeyd edib ki, tezliklə sülh müqaviləsinin mətni Azərbaycana təqdim ediləcək. Armen Qriqoryan bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəyini vurğulayıb.

Özünü Xankəndidəki separatçı rejimin “dövlət naziri” elan etmiş Ruben Vardanyan Qarabağa qayıdıb. Bu barədə “Caliber”in “Telegram” kanalı məlumat yayıb: “Əldə etdiyimiz məlumata görə, Moskva Ruben Vardanyanı Qarabağa qaytarıb...".
TVMusavat-ın saat 16:00-da canlı yayımlanan “Həftə içi” proqramında professor Qabil Hüseynli ilə regiondakı prosesləri və zəlzələ bölgəsini müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

 

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR