İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin oliqarxlara racon kəsdi

1474 17.03.2023 18:49 Siyasət A A

 

Rusiya prezidentinin biznesmenlərlə görüşdəki çıxışını təhlil edən ekspertlərə görə, hökumət  oliqarxlardan büdcəyə sabit ödəmələr(“haqq”) istəyir

Rusiya prezidenti Vladimir Putinin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının toplantısında oliqarxlarla görüşərək onlara açıq mesaj verib ki, iri biznes Kremlin siyasətinin tərkib hissəsi olmalıdır. Putinin çıxışının məntiq sadədir: əgər dövlət iri biznesə işləməyə icazə verirsə, o zaman ölkənin siyasi həyatından uzaqlaşmaq və milyardlarla mənfəəti ofşorlara yerləşdirmək doğru deyil.

Putinin çıxışını təhlil edən ekspertlərə görə, hökumət biznesdən büdcəyə sabit olaraq ödəmələr(“haqq”) almaq istəyir. Putinin biznesin sosial məsuliyyəti ilə bağlı çıxışı belə bir ödənişin həyata keçirilməsinə çağırış kimi qiymətləndirilir. Prezident açıq şəkildə bildirib ki, onlardan yığılan pul ölkənin sosial və infrastruktur problemlərinin həllinə sərf olunacaq.

Putin çıxışında ölkənin ən iri iş adamlarını kapitalın qorunması və artırılması üçün maliyyələrini ofşor şirkətlərdən geri qaytarmağa, sosial, infrastruktur və digər proqramlarda iştirak etməyə çağırıb. Ekspertlərə görə, bu yeni sanksiyalar dalğasının hazırlıqla bağlıdır. Çıxışının əvvəlində Putin qeyd edib ki, Rusiya iqtisadiyyatı sanksiyalar problemini dəf edib və ÜDM-də əhəmiyyətli artım var. Bununla belə, əsas vurğu ona yönəldilib ki, biznes xüsusilə Ukraynadan qoparılmış yeni ərazilərin inkişafı üçün məsuliyyət daşımalıdır. Putin işçilərinin və onların ailələrinin qayğısına qalmağı  biznes adamlarının “ən vacib vəzifəsi” adlandırıb.

Baş nazirin birinci müavini Andrey Belousov daha əvvəl demişdi ki, hakimiyyət bizneslə 2022-ci ildə əldə edilmiş mənfəət əsasında büdcəyə birdəfəlik könüllü töhfə verməyi müzakirə edir. Eyni zamanda,  söhbət vergilərin artırılmasından deyil, gəlirlərdən könüllü  ödənişlərdən gedir. Beləliklə, dövlət özəl sektordan 300 milyard rubla qədər vəsait almaq istəyir ki, bu da sahibkarların hakimiyyətlə bir növ qarşıdurmaya getməsi üçün o qədər də böyük məbləğ deyil.

“Rosbalt” agentliyi yazır ki, bu ödənişlərlə bağlı bəzi  problemlər də yarana bilər. Bir çox iş adamı yeni sanksiyalara məruz qalmaq istəmədikləri üçün Rusiya hakimiyyətinin aqressiv xarici siyasətinə dəstək verməyə də bilər. 

Hər halda, hakimiyyət Rusiya oliqarxlarına nəzarəti gücləndirir və onları öz siyasi oyunlarına  yaxından daxil etməyə çalışır. 

Putinin biznesmenlərlə görüşündə  zarafatları ilə də yadda qalıb. Məsələn, görüşün sonuna yaxın bir iş adamının əlini qaldırdığını görüb və ona söz verməyi təklif edərək deyib:  "Əlini qaldırır, onu indi “içəri” qoyacaqlar, vəssalam…" - deyə prezident zarafat edib. Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Sergey Şoxin isə zarafata cavabsız qalmayıb: “Biz  ittifaq üzvlərindən hələ heç kimi həbs etməmişik”. Putin “nə yaxşı,  Allaha şükür..." deyib. 

Şoxin biznesə güclü təzyiqin olmasını müzakirəsini təklif edib. Putin isə dərhal "gəlin, edək" deyə, razılaşıb. Putin danışmaq xahişi edən başqa bir biznesmenlə də zarafat edib: "Səni boğurlar, görürəm! Bir yerdə olacağıq! Bu bürokratiya ilə mübarizə aparacağıq..”

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR