İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin hədə tonuna keçdi - “Görəcəksiniz!” dedi – Elxan Şahinoğlu ilə “Canlı debat”

1124 06.06.2022 11:33 Gündəm A A

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ-ın Ukraynaya HIMARS raket sistemləri vermək qərarı qüvvələr balansında heç nəyi kökündən dəyişməyəcək. O, bu barədə “Moskva. Kreml. Putin” verilişinə müsahibəsində deyib.

Onun fikrincə, söhbət sadəcə olaraq döyüş əməliyyatları zamanı itirilmiş silah ehtiyatlarının doldurulmasından gedir.

Putin vurğulayıb ki, məsafə sistemin özündən deyil, istifadə olunan raketlərdən asılıdır:
“Gördüklərimizin, eşitdiklərimizin, bildiklərimizin Ukrayna rejiminə etimad və ya inamsızlıqla heç bir əlaqəsi yoxdur, bu, amerikalıların hansı raketləri təmin etməsindən asılıdır. Amma bu gün eşitdiklərimiz və anladığımız raketlərin növündən asılı olaraq düz 45-70 km uçan raketlərdir. Bax, eyni şey “Qradlar”, “Qasırğalar”, “Tornadolar”da da mövcuddur. Onların da 40-70 km uçuş məsafəsi var. Yeni heç nə yoxdur”.

Putin yenə hədələyir, Zelenski isə çıxış yolunun ancaq Rusiyanın geriləməsi olduğunu deyir. Vəziyyət nə ilə və necə nəticələnəcək?

Bu və gündəmdəki bir çox mövzuları bu gün aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

 

Musavatşcom

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR