İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin etiraf etdi: “Bunu edəcəm, MƏCBURAM” – Ərəstun Oruclu ilə “Canlı debat”

1168 21.02.2023 17:24 Gündəm A A

Rusiya Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dayandırır, amma ondan çıxmır. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Federal Şuraya müraciətində bildirib.

“Bu gün Rusiyanın Strateji Hücum Silahları Müqaviləsində iştirakını dayandırdığını elan etməyə məcburam. Yenə deyirəm, müqavilədən çıxmır, iştirakını dayandırır”, - dövlət başçısı deyib.

“Donbasa zərbə endirənlərin növbəti hədəfləri Krım və Sevastopola zərbələr endirməkdir” deyən Rusiya Prezidenti Vladimir Putin daha sonra aşağıdakıları bildirib: “Donetsk və Donbasa, Luqanska yeni hücum planlaşdıranlar açıq şəkildə bildirirlər ki, növbəti hədəf Krım və Sevastopola zərbə endirməkdir və biz bunu bilirik. İndi də Kiyevdə bu uzaq planlardan açıq danışılır”, - Putin Federasiya Şurasına müraciətində bildirib.

Bu və gündəmdəki digər təffərüatları bu gün saat 17.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR