İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin ənənəsinə sadiq qaldı - Bu il də...

817 30.12.2023 20:29 Siyasət A A

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenə, eləcə də digər Qərb ölkələrinin liderlərinə Yeni il təbriki göndərməyib.

Musavat.comKommersant”a istinadən xəbər verir ki, Putin artıq ikinci ildir ki, onlara bayramqabağı teleqram göndərmir.

Belə ki, Kremlin dərc etdiyi mesajda Böyük Britaniya, Almaniya, ABŞ, Fransa, Yaponiya və Rusiyaya dost olmayan digər ölkələrin liderlərindən bəhs edilmir.

Həmçinin beynəlxalq təşkilatların, idman federasiyalarının rəhbərləri də siyahıda yer almayıb.

Xüsusilə, o, Belarus prezidenti Aleksandr Lukaşenkoya, Çin lideri Si Cinpinə, Serbiya prezidenti Aleksandr Vuçiçə təbrik məktubu yazıb.

Qeyd edək ki, 2022-ci ildə də Rusiya prezidenti dost olmayan ölkələrin başçılarını Yeni il münasibətilə təbrik etməyib. Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskvanın onlarla faktiki olaraq heç bir əlaqəsi yoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR