İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin “çılpaq ziyafət”ə eyham etdi

1178 16.01.2024 21:45 Dünya A A

Rusiya prezidenti Vladimir Putin ilk dəfə bloqer Anastasiya İvleyevanın “çılpaq gecə”si eyham edib.

İvleyevanın qalmaqallı hadisəsindən təxminən bir ay sonra Putin dekabrın 20 və 21-də “Mutabor” klubunda baş verən qalmaqalldan xəbəri olduğunu bildirib.

“Xüsusi hərbi əməliyyat zonasından qayıdan uşaqlara diqqət yetirməliyik. Oraya getməyə qərar verən insanlar bu sınaqdan keçirlər; bir çox həyat prioritetlərini fərqli şəkildə qururlar. Bu, hansısa tədbirdə tumansız hoppanmaq deyil”, - deyə Putin bələdiyyə başçıları ilə görüşündə bildirib.

Dekabrın 21-də Moskvada Anastasiya İvleyevanın aparıcılığı "demək olar ki, çılpaq" ziyafət baş tutub. Tədbirdə Ciqan, Lolita, Filipp Kirkorov, Kseniya Sobçak, Dima Bilan və başqaları da daxil olmaqla bir çox məşhur sənətçilər iştirak ediblər. Yarıçılpaq şou-biznes ulduzlarının foto və videoları ictimaiyyətə açıqlandıqdan sonra onların bir çoxu tənqid və konsertlərinin ləğvi ilə üzləşib. Bundan sonra bəziləri ictimaiyyət qarşısında üzr istəyibi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR