İnsanlara hürriyət, millətlərə istiqlal!

PSJ prezidenti: "Superliqa olmadan da inkişaf edə bilərik"

703 06.09.2022 12:39 İdman A A

PSJ prezidenti Nasser Əl-Xəlaifi Çempionlar Liqasının yeni formatı haqda danışıb və növbəti dəfə Avropa Superliqası layihəsini tənqid edib.

Qol.az xəbər verir ki, o, deyib:

“Futbol ənənələrə əsaslanır, lakin o, yenilikçi, yaradıcı olmalıdır. Azarkeşləri cəlb etmək və matçları daha da maraqlı hala gətirmək üçün daha çox şey etmək olar. Məsələn, oyunçuların ətrafında baş verən hər şeyi, oyundakı ən vacib məqamları danışmaqla... Çempionlar Liqasının yeni formatı gəlirlərin nəzərəçarpacaq dərəcədə artması ilə nəticələnəcək. Bu, artıq onu göstərir ki, azarkeşlərə və mediaya hörmətlə yanaşaraq, kiçikdən böyüyə bütün klubları inkişaf etdirə bilərik. Superliqa olmadan da və ya Avropa Superliqası təşkil edən yalnız 2-3 kluba üstünlük vermədən də inkişaf etmək mümkündür".

Əlavə edək ki, 2021-ci ildə aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb. UEFA isə dəfələrlə həmin klubları cəzalandıracağını bildirmişdi.

Qeyd edək ki, Çempionlar Liqasının yeni formatına əsasən, komanda sayı 32-dən 36-ya çatdırılacaq. Qrup mərhələsi ləğv olunacaq. 2024/25 mövsümündən etibarən Çempionlar Liqası İsveçrə sistemi ilə keçiriləcək. Yəni, bütün iştirakçılar vahid liqa formatında mübarizə aparacaqlar və yekun turnir cədvəli olacaq. Həmçinin oyun sayı artırılacaq. Hazırda iştirakçılar qrup mərhələsində 6 oyun keçirirsə, dəyişiklikdən sonra liqa formatında püşkatma ilə müəyyənləşəcək 10 fərqli komandaya qarşı 10 matça çıxacaqlar. Bunlardan 5-i evdə, 5-i səfərdə olacaq. Ümumilikdə hazırkı formatda olduğundan 100 oyun daha artıq baş tutacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR