İnsanlara hürriyət, millətlərə istiqlal!

PSJ ilə Mbappe arasında münasibətlər son həddə çatıb

1406 08.07.2023 12:31 İdman A A

PSJ-nin hücumçusu Kilian Mbappe İngiltərə Premyer Liqasına keçmək qərarına gəlsə, onun üçün prioritet London şəhərinin "Arsenal" klubu olacaq.

Musavat.com xaici mediaya istinadla xəbər verir ki, PSJ və Mbappe arasındakı münasibətlər son vaxtlar qırılma nöqtəsinə çatıb. Buna səbəb Kilianın gələn ilin yayında başa çatacaq müqaviləsini yeniləməkdən imtina etməsidir.

Əslində Mbappe PSJ-ni məcbur edir ki, bu yay onu satsın. Şayiələrə görə, Kilianın artıq "Real"la müqaviləsi var.

Ötən gün mətbuatda Mbappenin "Liverpul"a mümkün transferi ilə bağlı söz-söhbətlər də var idi, lakin "The Independent" iddia edir ki, 24 yaşlı fransız bütün Premyer Liqa klublarından "Arsenal"a üstünlük verir.

Səbəb təkcə Mbappenin əfsanəvi həmyerlisi Tyerri Anrinin “Arsenal”da çıxış etməsi deyil, Kilian həm də müasir “Arsenal”ın oyun üslubunu çox bəyənir.

Mənbəyə görə, Mbappe Mişel Artetanın rəhbərliyi altında "Arsenal"ın təkamülünü sevir və Kilian topçulara Premyer Liqa titulunu qaytarmaqda kömək etmək istəyir.

Düzünə qalsa, Mbappenin bu yay “Arsenal”a keçməsi çox çətin görünür. “Topçular” Kilianı istəməyiblər və onların transfer büdcəsində o qədər də böyük alış nəzərdə tutulmayıb.

Kilian Mbappenin hazırkı qiyməti o qədər bahadır ki, hər klub onu almağa cürət etməz, heç imkanı da çatmaz.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR