İnsanlara hürriyət, millətlərə istiqlal!

PSJ azarkeşləri Neymara “rədd ol, çıx get” dedilər, Messini təhqir etdilər

695 04.05.2023 16:16 İdman A A

“Paris Sen-Jermen” klubunun azarkeşləri Neymarın evinin qarşısına toplaşaraq onu klubu tərk etməyi tələb ediblər. Onlar “Neymar, çıx get!” şüarını səsləndiriblər. Futbolçu hadisəni təsdiqləyib və qeyd edib ki, azarkeşlər yerli vaxtla axşam saat 9 radələrində çıxıb gediblər.

Azpost.info bildirir ki, dünən PSJ ultra -azarkeşləri rəhbərliyinin istefasını tələb edərək klubun ofisinə gəliblər. Onlar Messi, Neymar, Verratti və prezident Əl-Xelafini komandadan getməyə çağırıblar. Azarkeşlər Messini təhqir ediblər. Klub azarkeşlərin davranışını pisləyib və bu hərəkəti tənqid edən bəyanat yayıb.

PSJ kiçik bir azarkeş qrupunun bu addımını qəbuledilməz saydığını bildirib: “Təhqiredici hərəkətləri ən sərt şəkildə pisləyirik. Hansı fikir ayrılığı olsa belə heç nə belə hərəkətlərə haqq qazandırmır. Klub öz oyunçularına, məşqçilərinə və bu cür biabırçı davranışın hədəfinə çevrilən hər kəsə tam dəstəyini bildirir”, – deyə klubun saytında vurğulanıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR