İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin təyyarəsi qəzadan əvvəl necə uçub? - YENİ FAKTLAR

1913 24.08.2023 09:26 Gündəm A A

Tver vilayətində qəzaya uğrayan iş adamı Yevgeni Priqojinə məxsus "Embraer Legacy 600" təyyarəsi səkkiz kilometrdən çox qalxıb, bundan sonra sürətlə hündürlüyünü itirməyə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Flightradar24" uçuş izləmə xidmətinin hesabatında deyilir.

Nəqliyyatın yeri haqqında məlumat ötürməməsinə baxmayaraq, "Flightradar24" uçuş hündürlüyündəki dəyişiklikləri və təyyarənin sürətini izləyə bilib. Belə ki, biznes-jet Moskva vaxtı ilə saat 18:10-da 8,5 kilometr hündürlüyə qalxıb. Yerdən bu məsafədə saat 18:19-a qədər uçduğu deyilir.

Daha sonra təyyarə kəskin şəkildə maksimum 9,2 kilometr yüksəkliyə qalxıb, bir müddət sonra isə altı kilometrə düşüb. Saat 18:20-dən sonra nəqliyyat məlumat ötürülməsini dayandırıb.

"Flightradar24"ün sözçüsü Yan Petçenik bildirib ki, "Embraer Legacy" uçuşun 30 saniyəsində 2,4 kilometr yüksəklik itirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR