İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin qiyamı ilə bağlı SENSASİON detallar: rəhbərliyə bu adam gətirilir – Ədalət Verdiyevlə CANLI 

665 05.07.2023 13:32 Gündəm A A

Ukrayna kəşfiyyatının əldə etdiyi məlumatlara görə “Vaqner”in rəhbəri vəzifəsinə qruplaşmanın qurucularından olan Dmytro Uktin gətiriləcək.

Hazırda qruplaşmaya nəzarəti əlinə alan Uktin “Nazi heyranı”, “cinayət maşını” olaraq tanınır.

Kəşfiyyat məlumatlarında bildirilir ki, hətta Rusiyadakı hərbi çevrilişə cəhd zamanı 25 minlik “Vaqner” dəstəsinin sadəcə 8 mini Yevgeni Priqojinin çağırışı ilə qiyama qoşulub. Qalan 17 min vaqnerçi isə Dmytro Utkinin əmrinə uyğun olaraq birlikdə Ukrayna cəbhəsində qalıb.

Əldə edilən məlumata görə, Utkin Afrikadakı Vaqner birlikləri də daxil olmaqla bütün Vaqner əsgərlərinə “cəbhələrini tərk etməmək” göstərişi verib. Həmçinin Priqojinin müvəqqəti olaraq Belarusu tərk edib Afrikaya getsə belə, sonunda Rusiyaya qayıtmalı olacağı deyilir.

53 yaşlı Dmytro Uktinin qruplaşma üzərində bütün nəzarəti ələ keçirdiyi iddia edilir. Utkin əvvəllər polkovnik rütbəsi ilə Rusiya Baş Qərargahının Xarici Kəşfiyyat İdarəsi (GRU) və Xüsusi Təyinatlı Qüvvələr Komandanlığında rəhbər vəzifələrdə çalışıb. Utkinin GRU-dakı kod adı ‘Vaqner’ olub, daha sonra bu adı yevgeni Priqojinlə birolikdə qurduğu muzdlulardan ibarət qruplaşmaya verib. Utkinin Rusiyada “Orduda fərqlənməyə görə şücaət medalı”na sahib olduğu da məlumdur.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR