İnsanlara hürriyət, millətlərə istiqlal!

“Priqojinin ölümündə Patruşevin əli olub” - ABŞ mediası yazıb, Peskov şərh etməyib

583 22.12.2023 15:27 Dünya A A

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Amerika Birləşmiş Ştatlarının ciddi nəşrlərindən olan “The Wall Street Journal” nəşrinin “Vaqner” özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ölümü ilə bağlı son məqaləsini şərh etməkdən imtina edib.

Bir müddət əvvəl “The Wall Street Journal” öz məlumatlarına istinadən, Yevgeni Priqojinin ölümündə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin əli olduğunu iddia edib.

Dmitri Peskov qeyd edib ki, Kreml yuxarıdakı materialı görüb, lakin o, bununla bağlı şərh vermək istəmədiyini vurğulayıb. Vladimir Putinin mətbuat katibi qeyd edib ki, The Wall Street Journal son vaxtlar pulp fiction (bulvar qəzetlərinə xas olan kriminal qiraət) yaratmaqdan zövq alır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR