İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin Naxçıvanda yüksək vəzifə verdiyi Samir Seyidəhmədli kimdir? - DOSYE

7810 11.04.2023 15:44 Son xəbər A A

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib.

Musavat.com xəbər verir ki, Samir Seyidəhmədli yeni vəzifəyə təyin olunanadək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin I müavini idi.

Qeyd edək ki, S.Seyidəhmədli iş karyerasına DVX-da (əvvəlki Vergilər Nazirliyi) 2005-ci ildən başlayıb.

S.Seyidəhmədli Dövlət Vergi Xidmətində iş karyerasına (əvvəlki Vergilər Nazirliyi) 2005-ci ildən başlayıb. O, geridə qalan illərdə vergi sistemində müxtəlif vəzifələrdə, eləcə də Vergilər Nazirliyi yanında milli gəlirlər departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi vəzifəsində çalışıb.

Ötən ilin sentyabrında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin birinci müavini vəzifəsinə təyin edilən S.Seyidəhmədli bu təyinatdan 7 ay sonra Naxçıvana göndərilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR