Azərbaycan musiqi və mədəniyyət cameəsi ağır itki ilə üzləşib. Əfsanəvi “Karvan” qrupunun yaradıcısı, ölkəmizin ilk qadın klip rejissoru və prodüseri Sevinc Kərimova 70 yaşında dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, uzun illər ABŞ-də yaşayan sənətçi bir müddət əvvəl Bakıya qayıtmışdı. Son aylarda onun ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilirdi. Həkimlərin səylərinə baxmayaraq, sənətçinin həyatını xilas etmək mümkün olmayıb.
Sevinc Kərimova Azərbaycan musiqi tarixində xüsusi yeri olan simalardan biri kimi tanınır. O, “Karvan” qrupunu yaradaraq milli musiqinin yeni nəfəs qazanmasında, klip mədəniyyətinin formalaşmasında və prodüserlik sahəsində qadınların yolunu açan öncül şəxslərdən biri olub. Onun fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb, diaspor mühitində də mədəniyyətimizin təbliğinə mühüm töhfələr verib.
Qeyd edək ki, Sevinc Kərimova elə bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdu.
Musavat.com






