İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident məmur və vətəndaş arasında “gözlə” maneəsini aradan götürdü

2854 30.03.2022 08:55 Gündəm A A

Yeni Mərkəz məmur-vətəndaş arasında maneəsiz körpü rolunu oynayacaq

Dövlət başçısı İlham Əliyev martın 28-də Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib. Bakının Nərimanov rayonunda, Zaur Nudirəliyev küçəsi, 79-da yerləşən beşmərtəbəli binada gözləmə zalları, qəbulların aparılacağı xidməti otaqlar, kollektiv qəbullar üçün nəzərdə tutulan müxtəlif ölçülü zallar, həkim, psixoloq, hüquq məsləhətçisi, ana və uşaq otaqları var. Vətəndaş Qəbulu Mərkəzində Çağrı Mərkəzi istifadəyə verilib, vətəndaşlar 1111 nömrəsinə zəng edə biləcəklər. Mərkəzdə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanı yaradılıb, ölkənin bütün şəhər və rayon icra hakimiyyətlərinin vətəndaş qəbulu otaqları və Prezident Administrasiyasının müvafiq struktur bölməsi ilə paralel olaraq əlaqə saxlamaq imkanı verən xüsusi rabitə sistemi var. Mərkəzdə iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət edə biləcəklər.

İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin  açılışında iştirak edib » www.newscafe.az - Sizin xəbər kafeniz!

Sirr deyil ki, illərdir vətəndaşların ən çox şikayət etdiyi məsələlərdən biri də məmurlarla görüş üçün süni əngəllərdir. Vətəndaş adətən belə qəbullarda “gözlə”, “vaxtım yoxdur”, “sonra gələrsən” kimi sözlər eşitməyə adət etmişdi. Bu isə haqlı olaraq əhalidə narazılıq yaradırdı. Görünən odur ki, yeni mərkəzin açılışı artıq bu kimi bəhanələri aradan qaldırmağa xidmət edəcək, məmur-vətəndaş arasında maneəsiz körpü rolunu oynayacaq. Bəs görəsən, qarşıya qoyulan məqsədə nail olunacaqmı? Məmurlar yenə vətəndaşların problemlərini həll etməkdən yayına biləcəklərmi?

Fazıl Mustafa - Vikipedi

Fazil Mustafa 

Deputat Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat” a bunları deyib: “Prezident Administrasiyasında çalışan ayrı-ayrı şöbələr, xidmətlər bu funksiyanı həyata keçirirlər. Amma burada  müəyyən dərəcədə hamı üçün əlçatanlıq məsələsi vacibdir. Məsələn, bir də görürsən biri Lerikdən, ya da Gədəbəydən probleminin həll olunmamasına görə şikayətə gəlir. Hansısa kiçik, aşağı instansiyalarda həll olunası məsələni administrasiyaya gətirib çıxarırlar. Çünki bunu aşağıda həll edəcək məmurun məsuliyyəti olmur. İndi bu cür sistemin qurulması informasiyanın Prezidentə çatması baxımından vacibdir. Prezidentə hansı informasiya vaxtında çatırsa, ona öz reaksiyasını verir. Bir çox hallarda mümkün olan məsələlərin müsbət həllinin şahidi oluruq. Məsələn, biz özümüz də Milli Məclisdə çıxış edirik, o çıxışlar ölkə Prezidentinə çatır, görür ki, burada məntiqli, doğru məsələlər qaldırılır, onu həll edir. Amma siz təsəvvür edin ki, bəzi nazirlər var ki, nazir anlayışını özləri də anlamırlar, onu niyə nazir qoyublar, bunu anlamırlar. Bunlara telefonla belə əlaqə saxlamaq mümkün deyil. Şəxsən mən bir neçə dəfə cəhd etmişəm, nazirlə telefonla əlaqə saxlaya bilmirəm, ya köməkçisi götürür, öz nömrəmi verirəm. Xahiş edirəm ki, mənimlə əlaqə saxlasın. Sonra zəng vurmur. Bir qrup nazir ki, ona zəng vurursan ki, filan sənəd var, sizə gəlib. ”Baş üstə, bu dəqiqə araşdırırıq" deyir, üstündən bir ay keçir, xəbər yoxdur. Çünki bu adam “göydən zənbillə” düşüb, bilmir ki, nazirlik, məsuliyyət nə deməkdir, deputatın sorğusuna cavab verməmək nə deməkdir. Bunu başa düşmürlər. İndi görün, vətəndaş nə vəziyyətdədir. Vətəndaş da məcburdur, aşağı vəzifəli məmurları buraxıb administrasiyaya müraciət etsin ki, problemi həll olunsun. Ona görə də belə mərkəzin açılması olduqca vacibdir. Bu, birbaşa Prezidentin informasiya alma imkanını genişləndirir. Cəmiyyətdən informasiya alınması vacibdir. Bir-iki nəfər öz marağına uyğun olaraq informasiyanı çatdırır, yoxsa real vəziyyətlə bağlı məlumat yoxdur. Prezidentin minlərlə işi var, beynəlxalq səviyyədə, başqa səviyyələrdə.   Məmurların obyektiv, dürüst fəaliyyətindən çox şey asılı olur. O olanda, artıq Prezident də müəyyən məsələlərlə bağlı qərar qəbul edə bilir və operativ olaraq vətəndaşın problemini həll edir. Diqqət edirsinizsə, bir çox hallarda tanınmış birinə fəxri ad verilməyib, unudulub. Məsələn, Məmməd İsmayıla xalq şairi adı verilməyib.  Azərbaycan poeziyasının ən dəyərli şəxsiyyətlərindən biridir. Dediyim odur ki, kimsə bunları deməlidir. Ya da vacib bir adamın mənzil  ehtiyacı var. Ölkə üçün dəyər gətirən adamın mənzil problemi həll olunmayıb, amma layiq olmayan birini bəzəyib yalandan təqdim edirlər, iki-üç mənzil alır. Problemin kökü buradadır".

Millər vəkili qeyd edib ki, Prezidentin açılış mərasimində iştirakı çox vacib idi: “Ən azı bilinsin ki, cəmiyyətlə Prezident arasında uçurumu ortadan qaldırmağa xidmət edəcək bir mexanizm yaranır. Yerlərdə də videokonfranslar olduqca vacibdir. Bu, nazirlərin rayonlarda adam qəbul etməsinə bənzəməməlidir. Əksər hallarda adamları əvvəldən seçirlər, təhlükəsiz adamları gətirirlər, şəkil çəkdirirlər. Belə olmaz. Videokonfransa yüz, iki yüz nəfər şikayətçi gəlir, burada fikirlərini deyirlər. Müraciətlər götürülür, birbaşa administrasiyaya aparılır. Prezident Administrasiyası bu istiqamətdə fəaliyyətini daha da çevikləşdirir, problemin həllinə daha tez çalışır. Ona görə bunu  çox müsbət hadisə kimi qiymətləndirirəm. Bu, birbaşa ölkə Prezidentinin özünün iradəsi ilə həyata keçirilən məsələdir. Özü də görüb ki, bir sıra məsələlər öz həllini tapmır, gecikdirilir. Vətəndaş narazılığı da ölkə Prezidentinə çatır. Təsəvvür edin, adam müharibədən gəlib, yaralanıb, hospitala düşüb, orada da 2-3 gün yatandan sonra yaralı-yaralı olsa da, ”qala bilmərəm", deyib, yenidən müharibəyə gedib.  İndi həmin adam Müdafiə Nazirliyindən sənəd ala bilmir ki, döyüşmüşəm, yaralıyam. Adamın heç kimi yoxdur deyə, pul vermir deyə ona yazmırlar ki, həqiqətən yaralı olub,  hospitalda müalicə alıb. Belə biabırçılıqmı olar. İndi bu adam hara şikayət etsin".

Tural Abbaslı evlənir - Sabiq deputatın qızı ilə

Tural Abbaslı 

Ağ Partiyanın sədri Tural Abbaslı da mövzu ilə bağlı fikirlərini açıqlayıb: “Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılması müsbət haldır. Bu açılışa qədər insanlar administrasiyada qəbula gedərkən heç bir şəraiti olmayan binanın önündə, ya daxildə balaca bir dar otaqda gözləməli olurdular. İstəyəndə qəbul edirdilər, istəməyəndə etmirdilər. Bu cür məsələlərin qaydaya qoyulması,  insanların rahatlığı üçün şəraitin yaradılması müsbət haldır. Amma təbii ki, əsas qəbul zamanı yaradılan komfort şəraitdən daha çox, qəbuldan sonra onların problemlərinin həlli önəmlidir. Düşünürəm ki, o istiqamətdə də addım atılar. Çünki bir çox hallarda vətəndaşlar qəbul olunsa, problemləri dinlənilsə belə, sonradan onların problemləri öz həllini tapmır. Əslində Prezident Administrasiyasında qəbula bu qədər diqqətin ayrılması digər nazirliklərimizə, komitələrə və dövlət idarələrinə də bir nümunə olmalıdır. İnsanların qəbulu üçün şərait yaradılsın və vətəndaş qəbulunun nə qədər ciddi məsələ olduğunu anlasınlar. Administrasiya bununla bağlı ayrıca bina tikibsə, bu, digərlərinə də nümunə olmalıdır. Məsələn, Təhsil Nazirliyi və digər nazirliklərdə qəbul zamanı insanlar küçədə gözləyirlər. Gözləmə zalı belə keyfiyyətli deyil. Pandemiya dövründə də bəhanə edib, qəbulları dayandırmışdılar. Düşünürəm ki, vətəndaş qəbulu üçün həm ayrılan məkanlar səliqəli olmalıdır, həm də vətəndaşların şikayətlərinə doğru, düzgün, vaxtında baxılması prosesi düzgün olmalıdır. Heç kim demir ki, hər kəsin gedib orada dediyi həllini tapmalıdır. Amma hər halda, ədalət, qanun öz yerini tapmalıdır. İnsanlar tələblərində haqlıdırlarsa, o məsələ öz həllini tapmalıdır. Təəssüf ki, vətəndaşların məmurlardan şikayəti var. Məmur səhlənkarlığından, biganəliyindən narazılıqlar çoxdur. Görünən də odur ki, məmurların əksəriyyəti belədir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR