İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident: "İtaliya-Azərbaycan əlaqələri böyük coğrafiyanın maraqlarını təmin edir"

276 13.02.2023 13:57 Siyasət A A

"İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını deyil, böyük coğrafiyanın maraqlarını təmin edir".

Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində deyib.

“Onu da bildirməliyəm ki, bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər - dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni, bu, doğrudan da çox strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü mərasim bunu bir daha göstərir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR