İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev: Hər şeyi bundan sonra texnologiyalar həll edəcək

322 10.05.2023 10:46 Siyasət A A

Biz müasir texnologiyalara böyük önəm verərək, Azərbaycanda yüksək texnologiyaların inkişafına hesablanmış çox düzgün addımlar atmışıq.

Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində deyib.

Azərbaycanda kosmik sənayenin inkişafının çox böyük potensialının olduğunu, gələcəyin də məhz bu istiqamətdə inkişaf edəcəyini diqqətə çatdıran dövlət başçısı bildirib: “Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR