İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı verib

519 05.08.2023 12:15 Son xəbər A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı verib.

Musavat.com xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Baş nazir,

Şovi kurort bölgəsində baş vermiş güclü torpaq sürüşməsi nəticəsində insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR