İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev: "EIB Azərbaycanın daha 3 sahə üzrə yaxın tərəfdaşı ola bilər"

463 18.02.2023 16:47 İqtisadiyyat A A

Avropa İnvestisiya Bankı (EIB) Azərbaycanın inkişaf gündəliyində duran rəqəmsal transformasiya, bərpaolunan enerji resurslarının inkişafı və ixracı, nəqliyyat bağlantılarının genişləndirilməsi sahəsi üzrə ölkəmizin yaxın tərəfdaşı ola bilər.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer ilə görüşündə deyib.

Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi layihəsinin icrası prosesində Avropa İnvestisiya Bankının maliyyə tərəfdaşı kimi yaxından iştirakına görə təşəkkürünü ifadə etdi.

Dövlətimizin başçısı Azərbaycanın Orta Dəhliz üzərində yerləşən ölkə olaraq nəqliyyat-logistika potensialının daha da artırılması və azad ticarət zonasının yaradılması planları haqqında məlumat verərək, bu sahədə də əməkdaşlıq imkanlarının böyük olduğunu diqqətə çatdırdı, eyni zamanda, ölkəmizdə cəlbedici investisiya mühitinin yaradıldığını bildirdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR